“Başından böyük danışma, öz işinlə məşğul ol, sən nə bilirsən ki, mənim papağım yoxdur?” - FOTO+ÖZƏL
446
10:10, Bu gün

“Başından böyük danışma, öz işinlə məşğul ol, sən nə bilirsən ki, mənim papağım yoxdur?” - FOTO+ÖZƏL

“Müasir dövrdə keçirilən toyları qətiyyən bəyənmirəm. Toy, ən-ənənin, adətin, ritualların yaşam mücrüsüdür. Bu elə bir mücrüdür ki, xalqın mənəviyyatı özünü toyla ehtiva edir. Mən köhnə toyları da görmüşəm. Uşaqlıqda qadın toylarını palaz arasından müşahidə də etmişik. Mənim adım alimdir və zamanında Moskvada təsdiq olunmuşam. İndiki toylarımızda ən-ənə formal xarakter daşıyır. Bir dəfə efirdə dedim ki, istərdim toylarda bəylər başına milli papaq qoysunlar. Bu bir mənəvi dəyərdir. Bu sözümü orada qəribçiliyə saldılar. Digər bir qonaq dedi ki, “o niyə verilişə başına papaq qoymayıb gəlib?”. Canlı veriliş idi. Dedim ki, başından böyük danışma. Sən nə bilirsən ki, mənim papağım var ya yoxdur? Öz işinlə məşğul ol”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi Təvəkkül Səlimov deyib.
 
O daha sonra əlavə edib:
“Bugünki Azərbaycan toylarında 90 faiz millilikdən əsər-əlamət qalmayıb. Toya “Menderson” marşı ilə başlayırlar. Halbuki “Vağzalı” ilə başlamalıdırlar. “Vağzalı” qalıb kənarda. Toyda cürbəcür oyunlar çıxarırlar. Diskoteka qoyurlar. Diskoteka nədir? Avropa toyda dünən bir şıllaq atır, bu gün bizim toylarda eynisini edirlər. Ona görə də toyları bəyənmirəm. Hətta təklif etmişəm ki, aidiyyatı qurumlar yığılmalı və qərara gəlməlidirlər ki, Azərbaycan toyları necə olmalıdır? Əgər məsləhət bilsələr məni də həmin siyahıya salarlar. Bunu sənədli filmlər vasitəsilə göstərib təbliğ etməliyik. Heç olmasa arxivlərdə qalsın ki, 2026-cı ildə toylar belə keçirilərmiş. Biz gələcək nəsillər üçün bunu qorumalıyıq. Azərbaycan milli mənliyinin qorunmasında adət ən-ənələrimizin çox böyük rolu var. Bizim bir olmağımız ən-ənələrimizlə bağlıdır. Adəti, ən-ənəsi, dili olmayan xalq nə xalqdır ki? O xalq deyil, toplumdur”, - deyə Təvəkkül Səlimov bildirib.
Link kopyalandı!
Son xəbərlər