Everesti iki həftədə dörd dəfə fəth etdi: Ginnesin Rekordlar Kitabına düşdü - FOTO
304
08:35, Bu gün

Everesti iki həftədə dörd dəfə fəth etdi: Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

Nepallı şerpa alpinist 15 gün ərzində Everest zirvəsinə (8848,86 m) dörd dəfə qalxaraq Ginnesin Rekordlar Kitabına düşüb.
 
Moderator.az "The Himalayan Times"a istinadən xəbər verir ki, otuz yaşlı Taşi Gyaltsen 2025-ci il, mayın 9-u, 14-ü, 19-u və 23-də Everesti fəth fəth edərək alpinizm tarixinə düşüb.
 
O, ilk dırmanışını mayın 9-da Everest zirvəsinə marşrut açan ipçəkmə komandasının tərkibində edib.
 
Gyaltsen mayın 14-də təkbaşına, 19-da müştərisinə bələdçilik edərək yenidən zirvəyə çatıb, dördüncü dırmanış isə yenə tək olub.
Link kopyalandı!
Son xəbərlər