Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
235
15:43, Bu gün

Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi

Sosial şəbəkələrdə taksi sürücülərinə verilən sertifikatların satılması və yaxud başqalarına verilməsi ilə bağlı paylaşımlarla qarşılaşırıq. Sürücülər bu kimi addım atdıqda, onun hansı hüquqi məsuliyyət daşıyacağı ilə maraqlanırlar. Bəziləri “qara yollarla” bunu edə biləcəklərini də söyləyirlər.

Bəs görəsən, taksi sürücülərinə verilən sertifikatın satılması və ya başqasına verilməsinin hüquqi məsuliyyəti varmı? Bu necə müəyyən olunur?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi sürücülərinə verilən şəhadətnamə fərdi sənəddir və onun başqa şəxsə icarəyə verilməsi, istifadəyə təqdim edilməsi və ya üçüncü şəxs tərəfindən istifadə olunması qanunvericiliklə qadağandır.

“Qanunvericiliyə əsasən, xüsusi hazırlıq keçməmiş sürücünün sərnişindaşıma fəaliyyətinə cəlb edilməsi aşkarlandıqda inzibati məsuliyyət yaradır və icazəsi ləğv edilir.

Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən şəhadətnamə sürücünün xüsusi hazırlıq üzrə imtahanı şəxsən keçdiyini təsdiq edən rəsmi sənəddir. Bu sənədin başqası tərəfindən istifadə edilməsi imtahan nəticələrinin və sürücünün bilik uyğunluğunun saxtalaşdırılması kimi qiymətləndirilir.

Taksi fəaliyyəti göstərmək üçün icazə alındıqda, e-daşıyıcılar alt sistemi üzərindən bir sıra sənədlər yoxlanılır. Yoxlanılan sənədlərdən biri də xüsusi hazırlığa dair şəhadətnamədir. Belə ki, həmin şəhadətnфmələrin düzgünlüyü üzərindəki QR kodlara uyğun, həmçinin AYNA İnformasiya Sistemlərdəki məlumatlara istinad edilərək yoxlanılır. Eyni zamanda, SİMA imza ilə gündə bir neçə dəfə sürücünün identifikasiyası aparılır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər