423
14:40, Bu gün

"Köhnə texnologiya, yeni müharibə: Ukrayna səmanı necə dəyişir" - "The Wall Street Journal"

 
"Şarlar, F-16-lar və "Starlink" amili - cəbhədə texnoloji balans yenidən qurulur..."
 
Ukrayna müasir döyüş meydanında gözlənilməz üsula - Fransa inqilabı dövrünün hava şarlarından istifadə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
 
İnqilab şarları və uzaqmənzilli zərbələr
 
Nəşrin yazdığına görə, bu aerostatlar kəşfiyyat, yük daşınması və hətta zərbə dronlarının hədəfə çatdırılması üçün tətbiq olunur. Şarlar radarlarda demək olar ki, görünmür, radioelektron mübarizə xətlərindən yüksəkdə hərəkət edir və minlərlə kilometr məsafəyə çatır. 
 
2024-cü ildən etibarən onlar kiçik kamikadze dronlarının çatdırılmasında da istifadə olunur. Mənbələr vurğulayır ki, bu üsul Rusiya ərazisində neft obyektləri, logistika mərkəzləri və digər infrastruktura zərbələr endirməyə imkan verir və Kiyev üçün ucuz, effektiv "asimmetrik üstünlük" yaradır.
 
F-16 eskadrilyası və Qərb veteranları
"Intelligence Online" yazır ki, Ukraynada yeni F-16 eskadrilyası yaradılıb və tərkibinə ABŞ və Niderlanddan təcrübəli pilotlar daxil edilib. Bölmə əsasən Kiyev vilayətinin hava məkanının müdafiəsində kritik rol oynayır. Veteranlar 6 aylıq müqavilələrlə xidmət göstərir və rəsmi status daşımırlar.
 
Lakin nəşrin qeyd etdiyi kimi, onların təcrübəsi yüksək texnologiyalı hədəf aşkarlama sistemləri, gecə patrulları və dronların tutulmasında Ukraynanın imkanlarını xeyli artırır. Bu, ölkənin hava müdafiəsində keyfiyyətcə yeni mərhələdir.
 
"Starlink" bloklanması və texnoloji üstünlük
"The New York Post" xəbər verir ki, Rusiya itkiləri "Starlink" terminallarının bloklanmasından sonra rekord səviyyəyə yüksəlib. Fevralın əvvəlində "SpaceX" icazəsiz terminalları deaktiv edib, bu isə Rusiya bölmələrinin rabitə və dron koordinasiyasına ciddi təsir göstərib. Hücum intensivliyi müvəqqəti azalıb, lakin Moskva alternativ rabitə sistemləri - Wi-Fi körpüləri, LTE qüllələri və stratosfer platformaları üzərində işləyir.
 
Ekspertlər bildirir ki, tam uyğunlaşma aylar tələb edə bilər. Bu hadisələr göstərir ki, müharibədə üstünlük təkcə tank və artilleriya ilə deyil, həm də texnologiyanın çevik və qeyri-adi tətbiqi ilə müəyyən olunur, və bəzən ən köhnə texnologiya belə düzgün kontekstdə ən müasir silaha çevrilə bilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər