“Xalamın adından heç vaxt istifadə etməmişəm, ikimiz də teatr aktrisasıyıq, hər filmdə çəkilmirik” - FOTO+ÖZƏL
362
08:20, Bu gün

“Xalamın adından heç vaxt istifadə etməmişəm, ikimiz də teatr aktrisasıyıq, hər filmdə çəkilmirik” - FOTO+ÖZƏL

“Adətən doğum günlərimi ailə içərisində qeyd edirəm. 30 yaşım tamam olduğu üçün builki doğum günümü ailəm və dostlarımın, teatr kollektivinin əhatəsində qeyd etdim. Gələn qonaqların hər birinə təşəkkür edirəm. Məni bu doğum günümdə tək qoymadılar”.
 
Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram teatrının aktrisası Gülarə Məmmədzadə deyib.
O daha sonra əsas yaradıcılığını teatrda ortaya qoyduğunu bildirib:
 
“Sözün düzü filmlərdən çox təklif almıram. Dəvət gələndə də dəyərləndirirəm. İstəmirəm ki, hər filmdə çəkilim. Çünki hal-hazırda gücü teatra vermişəm. Çox ağır şəraitdə işləyirəm. Sezon açılandan 2 tamaşanı təhvil vermişik. Hələ qarşıda çox böyük işlərimiz var. Xalam Firəngiz Mütəllimova da çox filmlərdə çəkilmir. O da əsas gücü teatra verib. İstər-istəməz yorulur, səhhəti ilə bağlı dəvətləri qəbul edə bilmir. O da seçicidir. Mənə də hər zaman məsləhət görür ki, əsas sənət teatrdadır. Yaxşı bir iş olsa dəyərləndirərəm. Bütün aktyorların arzusu uğurlu rollar, yeni və yaddaqalan tamaşalardır. Mən də bunu arzulayıram”.
 
Gülarə Məmmədzadə bildirib ki, heç vaxt xalasının adından istifadə etməyib:
“Heç vaxt xalamın adından istifadə etmirəm. Çünki mən uşaqlıqdan bu sənəti sevmişəm. Bunu xalam da görüb. Gözümü teatrda açmışam. Xalam necə öz ayaqları üstündə dayanıbsa, mən də elə olmaq istəyirəm. Sırf xalama görə tanınmaq, ona görə rollar almaq istəmirəm. Bu kimi şeyləri etməmişəm, etmərəm də. Bunu mənim tərəf müqabillərim də bilir və hamısı şahiddir. Teatr aktrisası olmağımla fəxr edirəm. Yaxşı ki, teatrda çalışıram”, - deyə aktrisa bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər