“Tükəzban İsmayılova atamın qohumu idi, deyirdi ki, Vahiddən oxuyuram ki, sizə pul gəlsin” - FOTO+ÖZƏL
184
08:15, Bu gün

“Tükəzban İsmayılova atamın qohumu idi, deyirdi ki, Vahiddən oxuyuram ki, sizə pul gəlsin” - FOTO+ÖZƏL

“Atamın doğum günüdür. Halım olanda məzarının üstünə gedirəm, səhhətim yaxşı olmayanda gedə bilmirəm. Mən uşaq idim, bilmirdim ki, anam onun doğum günlərini evdə qeyd edib ya yox?! Bugünlərdə filarmoniyada atamın xatirəsinə həsr olunan və onun sözlərindən ibarət mahnılar ifa olundu. Getmişdim. Orada İlqar Fəhmini gördüm. Atamın xatirə gecəsinə qonşum bilet almışdı, ikimiz getmişdik. İlqar Fəhmi dedi ki, guya məni axtarıblar, tapmayıblar. Bəlkə də belə olub. Nə deyə bilərəm?! İlqar Fəhmi orada dedi ki, Əliağa Vahidin qızı da buradadır. Camaat boylandı, maraqlı gəldi. Amma mən ayağa qalxmadım”.
 
Bunu Moderator.az-a açıqlamasında qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahidqızı deyib. 
Firəngiz Əliağa Vahidqızı bildirib ki, atasının yeganə varisidir və mahnıların sözlərinin müəlliflik hüququnu almaq üçün müraciət edəcək:
 
“Atamın yeganə varisi bu gün mənəm. O vaxt qardaşım hara gedirdisə atamın adından istifadə edirdi. Məndə varislik sənədi var. Atamın bütün mahnılarının müəlliflik hüququnu almaq istəyirəm. Kiçik qızım illərdir deyir, amma mən üstünə düşmürəm. Çox adam elə bilir ki, Əliağa Vahidin ailəsindən heç kim yaşamır. Qardaşım deyirdi ki, “mən təkəm, bacım dünasını dəyişib”. O da arvadından qorxurdu. Hətta təqaüd alanda da demişdi ki, Firəngiz bilməsin. Atam o vaxt dünyasını dəyişməzdən öncə vəsiyyət etmişdi ki, bütün külliyatım iki övladımın arasında bölünsün. Vərəsənamə məndədir. Onun əsasında bizə pensiya düşdü. Atam dünyasını dəyişəndən sonra kim ki, qəzəl oxuyurdu, bizə pul gəlirdi. Tükəzban İsmayılovanın anası ilə mənim atam dayıqızı, bibioğludurlar. O deyirdi ki, “mən həmişə Vahiddən oxuyuram ki, uşaqlar hər qəzələ görə pensiya alsınlar”, - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər