Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Araşdırmalar zamanı müəyyən edilib ki, alovlanan villa sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətindədir.
Moderator.az Unikal.az-a istinadən xəbər verir ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəsi - Yuqra diasporunun rəhbəri, həmçinin "Azərbaycan-Surqut" Regional Milli-mədəni İctimai Birliyinin sədri vəzifəsini daşıyır.
Sahibkar ötən il Rusiya Federasiyasında diaspor rəhbəri postuna təyin edilib.
M.Xanəhmədovun diaspor rəhbərliyinə gətirilməsinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin dəstəyi ilə həyata keçirildiyi bildirilir.
İş adamının altı övladı var.