İran ilk dəfə BMT-nin İnsan Hüquqları Şurasının Məşvərət Komitəsində təmsil olunacaq - ETİRAZ
294
11:35, Bu gün

İran ilk dəfə BMT-nin İnsan Hüquqları Şurasının Məşvərət Komitəsində təmsil olunacaq - ETİRAZ

Hökumət qüvvələri tərəfindən çox sayda iranlının qətli ilə bağlı ciddi ittihamlara baxmayaraq, İran ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının Məşvərət Komitəsində təmsil olunacaq.
 
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "UN Watch" təşkilatının direktoru Hillel Noyer açıqlama verib.
 
O bildirib ki, qərar 16 fevral 2026-cı ildən etibarən qüvvəyə minir.
 
Noyer qeyd edib ki, komitədə İranı Əfsanə Nadi-Pur təmsil edəcək. O iddia edir ki, Nadi-Pur keçmiş diplomatik fəaliyyəti dövründə insan hüquqlarının pozulması hallarında İran hökumətinə dəstək verib.
 
Qeyd olunur ki, Əfsanə Nadi-Pur daha əvvəl İranın Danimarkadakı səfiri kimi fəaliyyət göstərib, eləcə də İran Xarici İşlər Nazirliyində yüksək postlarda çalışıb.
 
Hillel Noyer bu təyinatla bağlı kəskin narazılığını ifadə edərək, onun vəzifədən uzaqlaşdırılmasına çağırış edib.

 

Link kopyalandı!
Son xəbərlər