Bakıda estetik əməliyyat etdirən qadın ÖLDÜ - FOTO
189
11:31, Bu gün

Bakıda estetik əməliyyat etdirən qadın ÖLDÜ - FOTO

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
 
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall" hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
 
Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər