“2 yaşına qədər uşaqların göz diafraqmaları açıq olur, fotosessiya zamanı kor ola bilərlər” - Məşhur fotoqrafdan valideynlərə XƏBƏRDARLIQ
541
10:57, Bu gün

“2 yaşına qədər uşaqların göz diafraqmaları açıq olur, fotosessiya zamanı kor ola bilərlər” - Məşhur fotoqrafdan valideynlərə XƏBƏRDARLIQ

“Körpə uşaqlar üçün foto və video çəkilişi edəndə ən minimum işıqdan istifadə etmək lazımdır. Düzdür, bəzən tənzimləmələrdən onu düzəltmək lazımdır ki, işıqı az istifadə edək. 2 yaşına qədər olan körpə uşaqlarda ən minimum işıqdan istifadə etmək lazımdır. Çünki onların göz diafraqmaları daha açıq olur. Bu da uşaqları kor edə bilər”.
 
Bunu Moderator.az-a açıqlamasında məşhur fotoqraf Toğrul Abbasov deyib.
 
15 ildir fotoqraflıq sənəti ilə məşğul olan Toğrul uşaq fotosessiyaları zamanı bəzən valideynlərdə də günah gördüyünü qeyd edib:
“Valideynlərin çoxu anlayışlı olmurlar, gəlirlər sadəcə uşağı fotoqrafa verirlər ki, fotosessiya edin. Bəzən öz təcrübəmdə də olub ki, görmüşəm uşaq yorulub, poz verə bilmir. Uşaq yorulanda bu ideal alınmır. Məsləhət görürəm ki, uşaq yorulub, poz verə bilmir. Valideyn məcbur edir ki, fotosessiya edin. Tam peşəkar fotoqraf olmayanda valideynlər onlara özü tövsiyyə etməlidir ki, daha az işıqdan, yaxud da təbii gün işığından istifadə etsinlər. O demək deyil ki, körpəni günün altında saxlamaq lazımdır. Uşaq gözü çox həssasdır. Körpə çəkilişlərində elə nüanslar var ki, orada səhv buraxmaq böyük fəsadlara gətirib çıxara bilər. Bu işə yeni başlayan həmkarlarıma da məsləhət görərdim ki, bu məsələdə diqqətli olsunlar. Düzdür, çəkiliş sifarişləri gəlir, işləyirik. Bu o demək deyil ki, hamı ilə necə işləyiriksə, körpələrlə də belə işləməliyik. Son zamanlar daha çox led işıqlardan istifadə edirik. Bu da o demək deyil ki, led işıq körpə gözü üçün xeyirlidir. Led işıq daha da güclüdür. O biri işığa baxanda nisbətən uşaq üçün münasibdir. Vaxtilə digər fərqli işıqlardan istifadə edilirdi. Onların da zəifliyi olurdu deyə nöqsanlar baş vermirdi. Fotoqraf seçəndə onun iş təcrübəsinə də önəm vermək lazımdır”, - deyə Toğrul Abbasov bildirib.
Mütəxəssislər isə xüsusilə də 4 yaşına qədər uşaqların fotoçəkilişi zamanı işıqdan lazım qədər az yaxud heç istifadə olunmamasını tövsiyyə edir. Məlumat üçün bildirək ki, ötən il Çində ailə yeni doğulan övladını fotossesiya etdirmək üçün fotostudiyaya aparıb. Fotossesiyadan sonra uşaq özünü narahat hiss edib. Xəstəxanaya yollanan ailə övladlarının foto çəkilişi zamanı gözünə güclü işıq düşdüyü üçün hər iki gözünün kor olduğunu öyrənib.
Link kopyalandı!
Son xəbərlər