Samirə Yusifqızının anası palataya köçürüldü: “Möcüzə gözləyirəm” - FOTO
216
10:15, Bu gün

Samirə Yusifqızının anası palataya köçürüldü: “Möcüzə gözləyirəm” - FOTO

“Bir neçə gün əvvəl anamı insult vurdu. Təcili xəstəxanaya çatdırdıq və həmin dəqiqə reanimasiya şöbəsinə yerləşdirildi. Efiri də yarım qoyub getdim. 6 gündür bu vəziyyətdəyəm. Adam tanıyır, huşu başındadır amma yanına qoymurlar. Allah taleyini yazıbsa gecindən versin. Allahdan möcüzə gözləyirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı deyib.
 
Müğənni bildirib ki, anası hazırda reanimasiyadan palataya köçürülüb:
“Şükür Allaha ki, reanimasiyadan palataya köçürülüb. Durub gəzməkdən söhbət gedə bilməz hələ. Yüngülvari sözləri deyir, az da olsa bir-iki söz deyir. Bu günümüzə də şükürlər olsun. Bütün günü yanındayam. İçəri girə bilməsəm də aşağıda gözləyirəm. Daxili nömrə ilə zəng edib, hal-əvalını soruşuruq. Bəziləri deyir ki, anamı efirə çıxardığım üçün ona göz dəyib. Yaşlı adamdır da. Anam sağlam qadındır, indiyə qədər başı belə ağrımayıb. Göz də ola bilər. Amma ona qalsaydı biz çoxdan ölərdik. Allahın yazısına pozu yoxdur. Hələ ki, heç yerə çıxa bilməyəcək. Heç özüm də qoymaram”, - deyə müğənni bildirib.
Link kopyalandı!
Son xəbərlər