358
00:36, Bu gün

"Qaydaları pozan "pis oğlan" effekti: qadını necə heyran etməli?" - "Sohu" (Çin)

"Bəzən qaydaları bir az pozmaq qadının ürəyinə aparan yolun başlanğıcı ola bilər..."

Cinslərarası ünsiyyətdə "pis" davranışlar həmişə zərərli olmur. Onlar sadəcə qaydaları pozan hərəkətlər və ya siqnallar ola bilər ki, bu da qadınların marağını cəlb edir. 

Moderator.az xəbər verir ki, bu barədə Çinin "sohu.com" nəşri yazıb.

Nəşr yazır ki, mülayim dərəcədə qeyri-müəyyənlik qadınlarda marağı artırır. Kişilər şəxsi fiziki və emosional sərhədləri keçməkdən çəkinir ki, qadını qorxutmasın, amma məhz bu addım onun marağını və cazibəsini oyada bilər.

Sərhədlə oynamaq: cəsarətli, amma incə toxunuş

Qadın-kişi münasibətlərində hər "pis" davranış əslində zərərli deyil. Bəzən o, sadəcə gözlənilməz bir siqnal - qaydaları yüngülcə sındıran, maraq oyadan bir jestdir. Kişilərin çoxu fiziki və emosional sərhədləri keçməkdən qorxur. Elə bilirlər ki, bir addım artıq atsalar, qadını itirəcəklər. Halbuki məhz həmin ölçülü risk cazibə yarada bilər.

Məsələn, yanaşı gedərkən qadının əlinin arxasına yüngül toxunuş, ya da çiyninə zərif şəkildə əl qoymaq. Bəli, bu, sərhədi yoxlamaq kimidir. Amma neyropsixoloji araşdırmalar göstərir ki, belə incə təmas qadının beynində emosional reaksiya yaradır, onun diqqətini artırır.

Erix Fromm özünün "Sevgi sənəti" əsərində yazırdı ki, ölçülü fiziki yaxınlıq ehtirasın qığılcımını alovlandıra bilər. Sadəcə bir çox kişi "yüngülxasiyyət" görünmək qorxusuyla bu fürsəti əldən verir. Halbuki bəzən bir toxunuş min sözdən güclüdür.

Oynaq sataşma: fərqli və yadda qalan ol

Adi komplimentlər artıq heç kimi təəccübləndirmir. "Gözəlsən", "çox yaxşısan" kimi sözlər qulaq üçün xoş olsa da, ürəkdə iz qoymur. Amma bir az zarafat, bir az fərqlilik - bu, qadının zehnində yer tutur.

Məsələn: "Bu gün elə bil bal yeyib kökəlmiş ayı balası kimisən" - deyə zarafatla söyləmək. Ya da: "Sənə həyatdakı nailiyyətlərinə görə medal verilməlidir". Bu cür ifadələr stereotipi dağıdır, təhlükəsiz çərçivədə
 emosional gərginlik yaradır. 

"Gender linqvistikası"nın müəllifi Debora Tennan izah edir ki, qadınlar dialoqda emosional dinamikanı sevir. Oyun, zarafat, sözlərlə incə rəqs - münasibəti canlı saxlayan da budur. Bir az sataşma bəzən uzun-uzadı tərifdən daha təsirlidir.

Gözlənilməz romantik hücum: qaydanı poz, amma ürəyi qoru

Bəzən qadını ən çox təsirləndirən şey planlaşdırılmış deyil, qəfil gələn jestdir. Yağışlı gündə qəfil çətiri açmaq, çətin anda kömək təklif etmək, gözlənilmədən "mən buradayam" mesajı vermək… Bu, mərhələli və ehtiyatlı ünsiyyət qaydasını pozmaqdır. Sanki kişi birdən açıq mesaj verir: "Sən mənim üçün önəmlisən".

Bağlanma nəzəriyyəsinin müəllifi Con Boulbi deyirdi ki, gözlənilməz qayğı qadında təhlükəsizlik hissi yaradır. O, özünü dəyərli və qorunan hiss edir. Bu hiss isə emosional bağlılığı gücləndirir. Qadın yalnız maraqlanmır - o, bağlanmağa başlayır.

Özünəinam: sərt görünüşün arxasındakı sakit güc

Bəzən həddindən artıq özünəinam da cazibə yaradır. Söhbətdə liderliyi ələ almaq, vəziyyəti idarə etmək, qərar verməkdən çəkinməmək - bunlar qadında təhlükəsizlik duyğusu formalaşdırır.

Sosial psixoloq Emi Kaddi bədən dili ilə bağlı araşdırmalarında göstərirdi ki, güvənli pozalar qarşı tərəfdə hormonal səviyyədə belə etibar və yaxınlıq hissi yarada bilər. Özünəinam yalnız davranış deyil, enerjidir. Qadın onu hiss edir.

"Pis" davranışın gizli sirri

Bu dörd "pis" davranışın mahiyyəti əslində çox sadədir: kişi təhlükəsiz mühit yaradır, amma eyni zamanda emosional dalğa oyadır. Qadın nə qorxur, nə də sıxılır - o, maraqlanır.

Ən böyük səhv isə daim qadının arxasınca qaçmaqdır. Çünki həqiqi cazibə yalvarışdan yox, daxili gücdən doğur.
Və bəlkə də ən "pis" davranış budur: qadını elə bir nöqtəyə gətirmək ki, ürəyi sinəsindən çıxacaq kimi döyünsün və bu dəfə o, sənin arxanca gəlsin.

Link kopyalandı!
Son xəbərlər