275
14:16, Bu gün

"Münhendə irəliləyiş gözlənilmir - Ukraynanın taleyi danışıqlar masasındadır" - "Politico"

 
"Təhlükəsizlik zəmanətləri və ərazi məsələsi əsas maneə olaraq qalır..."
 
Builki Münhen Təhlükəsizlik Konfransı Rusiya-Ukrayna müharibəsinin diplomatik dalan mərhələsində keçirilir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
 
Atəşkəs və təhlükəsiz zəmanətləri sazişi
 
Nəşr yazır ki, onlarla dünya liderinin iştirakına baxmayaraq, Avropa rəsmiləri real irəliləyiş gözləmir, daha çox siyasi bəyanatlarla kifayətləniləcəyini düşünürlər. Münhenə Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ Dövlət katibi Marko Rubio, NATO-nun baş katibi Mark Rütte, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Kir Starmer qatılacaq. Lakin mənbələr konkret nəticələrin əldə olunacağına inanmır.
 
ABŞ administrasiyası Kiyevə açıq şəkildə bildirib ki, ümumi atəşkəs əldə olunmadan ayrıca təhlükəsizlik zəmanəti sazişi imzalanmayacaq. Əsas fikir ayrılığı isə ərazi məsələsidir: Moskva Donbas üzərində tam nəzarətdə israr edir, Kiyev isə nəzarətində olan torpaqlardan imtina etməyə hazır deyil. Növbəti görüşün Mayami və ya Əbu-Dabidə keçirilməsi planlaşdırılsa da, əvvəlki danışıqlar nəticəsiz qalıb.
 
"Müharibə bitməlidir"
Marko Rubio Münhendə Zelenski ilə görüşəcəyini açıqlayıb və qış şəraitində Ukraynaya endirilən zərbələri "dəhşətli" adlandırıb. Onun sözlərinə görə, müharibənin dayandırılması üçün bir ildən artıqdır intensiv iş aparılır. Rubio həmçinin vurğulayıb ki, Avropa ABŞ üçün strateji baxımdan vacibdir və tərəflər gələcək münasibətlərin necə qurulacağını müzakirə etməlidir.
 
Bundan əlavə, Rubio Avropa turu çərçivəsində Macarıstan və Slovakiya rəhbərliyi ilə Rusiya enerjisindən imtina məsələsini müzakirə etməyi planlaşdırır. Vaşinqton hesab edir ki, Moskvanın enerji gəlirlərinə təzyiq danışıqlarda əlavə rıçaq yarada bilər. Beləliklə, Münhen görüşləri yüksək səviyyəli təmaslarla yadda qalsa da, əsas sual açıq qalır: tərəflər real kompromisə yaxınlaşacaqmı, yoxsa danışıqlar yenə də çıxılmaz nöqtədə qalacaq?
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər