Rusiya Ukraynanın cənubuna zərbələr endirib: ölən və yaralananlar var - Ukrayna KİV-ləri
310
13:32, Bu gün

Rusiya Ukraynanın cənubuna zərbələr endirib: ölən və yaralananlar var - Ukrayna KİV-ləri

 
"Gecə boyunca qarşılıqlı zərbələr və sənaye obyektlərinə hücumlar baş verib..."
 
Fevralın 12-dən 13-nə keçən gecə Rusiya ordusu Ukraynanın cənubuna, xüsusilə Odessa vilayətinə kütləvi dron və raket zərbələri endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə   yayıb.
 
Odessa və digər bölgələrdə enerji və liman infrastrukturu zədələnib
 
Yerli prokurorluğun məlumatına görə, hücum nəticəsində 20 yaşlı bir gənc həlak olub, altı nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Faktla bağlı "insan ölümü ilə nəticələnən hərbi cinayətlər" maddəsi ilə cinayət işi açılıb.
 
Zərbələr zamanı liman, enerji və sənaye infrastrukturu, gübrə anbarları, yük vaqonları və avtomobillər zədələnib. Avtosalon ərazisində geniş yanğın baş verib. İki "Shahed" dronu yaşayış binalarındakı mənzillərə düşsə də, yanğın qeydə alınmayıb. Rəsmi şəxslər zərərçəkənlərin hamısının mülki şəxslər olduğunu bildirib.
 
Elektrik kəsintiləri və qarşılıqlı hücumlar
 
Hücumdan sonra Odessa rayonunda elektrik, su və istilik təchizatında ciddi fasilələr yaranıb. Xersonda elektrik müvəqqəti kəsilib, Nikolayev vilayətində isə bəzi yaşayış məntəqələri işıqsız qalıb.
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Kursk vilayətindən "İsgəndər-M" raketi və 150-dən çox zərbə dronu ilə hücum edib. HHM qüvvələri onların böyük hissəsini məhv etsə də, bir sıra obyektlərə düşmə halları qeydə alınıb.
 
Eyni gecə Rusiya ərazisində də zərbələr
 
Gecə ərzində Rusiyanın bir neçə regionunda partlayış və yanğınlar qeydə alınıb. Volqoqrad vilayətində Kotluban yaxınlığında sursat anbarında yanğın baş verib və detonasiya riski səbəbindən sakinlərin bir hissəsi təxliyə olunub.
 
Tambov vilayətinin Miçurinsk şəhərində "Proqress" zavoduna zərbə endirildiyi, yaxınlıqdakı obyektlərin də zərər gördüyü bildirilir. Komi Respublikasının Uxta şəhərində isə "LUKOYL-Uxtaneftepererabotka" neft emalı zavodunda insidentdən sonra fövqəladə qərargah yaradılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər