Bizi sosial şəbəkələrdən izləyin:
Elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb.
Moderator.az xəbər verir ki, görüş zamanı qaliblərin peşəkar inkişaf perspektivləri, dövlət idarəçiliyində və təhsil sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Nazir çıxışında gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir bildirib ki, müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması strateji prioritetdir.
Qaliblər mentorluq proqramı çərçivəsində qazandıqları təcrübə, əldə etdikləri bilik və bacarıqlar barədə fikirlərini bölüşüblər.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.