“Atam da, həyat yoldaşım da işdə mənə tabe olublar” - Teatrda məsul vəzifədə çalışan Leyla Hüseynova məşhur aktyorun qızı imiş - FOTO+ÖZƏL
Ekskluziv
1149
10:55, Bu gün

“Atam da, həyat yoldaşım da işdə mənə tabe olublar” - Teatrda məsul vəzifədə çalışan Leyla Hüseynova məşhur aktyorun qızı imiş - FOTO+ÖZƏL

“Mən 2009-cu ildən Bakı Uşaq və Gənclər teatrında bədii rəhbərin truppa üzrə köməkçisi vəzifəsində çalışıram. Teatrda əsas işim aktyorların intizamı və davamiyyətinə nəzarət, aktyorlarların vaxtında məşqlərə və tamaşalara gəlməsini təmin etməkdir. Yeni tamaşalar qurulanda rol bölgüsünün sənədləşdirilməsi, bədii rəhbərin, quruluşçu rejissorun, teatrda tamaşa quran rejissorların tapşırıqlarını truppaya çatdırmaq, qastrol və tədbirlərlə bağlı siyahıları hazırlamaqda məsuliyyət daşıyıram”.
 
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər teatrında bədii rəhbərin truppa üzrə köməkçisi Leyla Hüseynova deyib.
O daha sonra aktyorlarla iş prinsipindən danışıb:
 
“Bütün teatrlarda olduğu kimi, hər bir aktyorun öz kaprizi olur. Çalışıram hər bir aktyorla öz dilində danışım. Çünkü aktyor çalışır ki, hər bir  oynadığı rolu  obrazın öz dilində çatdırsın. Onlar hər gün işə eyni əhval-ruhiyyədə gəlməyə bilərlər. Çünki aktyor bilmir həyatın sıxıntısı ilə mübarizə aparsın yoxsa bu həyatda qalmaq uğrunda çarpışsın? Yaxud da oynadığı obrazlar haqqında düşünsün? Ümumiyyətlə indiki zamanda insanlar bir-birinə anlayışlı olmalıdır”.
 
Leyla Hüseynova çalışdığı teatrı digər sənət ocaqlarından fərqləndirib:
“Şükür Allaha bizim teatrda digər böyük teatrlarda olan problemlərin heç biri yoxdur. Mənim düşüncəmə görə hər kəs öz adı üstündə çalışır. Bizim adımız Bakı Uşaq və Gənclər teatrı olduğu kimi, biz  uşaqlar və gənclər üçün çalışırıq. Amma bəzi teatrlar öz adlarına uyğun çalışmırlar. Böyük  teatrlar uşaq tamaşaları oynayırlar. Fərqimiz bax bundadır”.
 
Teatrda məsul vəzifədə çalışan Leyla Hüseynova görkəmli sənətkar, əməkdar Əli Qulu Səmədovun qızı olduğunu da ilk dəfə açıqlayıb:
“Əməkdar artist Əli Qulu Səmədov mənim atamdır. Mənim həyat yoldaşım Rauf Hüseynov da teatrda çalışır. Rauf məndən öncə bu teatrda çalışır və mən iş üçün gələndə teatrda tanış olub, ailə qurmuşuq. O məndən öncə teatrda çalışdığı üçün, daha çox ondan məsləhətlər alıram. Mənə çox köməyi dəyib. Amma bizdə hər zaman ailə ayrı olub, iş ayrı. Atam da vaxtilə bu teatrda çalışıb. O illərdir incəsənətdədir və Azərbaycan kinosunun inkişafında böyük xidmətləri var. Kinodan əlavə yenidən teatr səhnəsində özünü görmək istədi və bizim teatra üz tutdu. Bir müddət bizim teatrda çalışdı və təqaüdə çıxdı. Heç vaxt işdə ata-qız  və yaxud da həyat yoldaşı olmamışıq. O söhbətlər işdə keçmir. Atam da, həyat yoldaşım da işdə mənə tabe olublar, çünkü mən  teatrda aktyorların  rəhbəriyəm, yəni bədii rəhbərin truppa üzrə köməkçisiyəm”, - deyə Leyla Hüseynova bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər