Bizi sosial şəbəkələrdən izləyin:
“Mən Rəşid Behbudov kimi ustad sənətkarla gənc yaşlarımdan çalışmağa başlamışam. Onunla səhnəni paylaşmışam, musiqimizi, mədəniyyətimizi təbliğ etmişəm. Səhnə mədəniyyətini ondan öyrənmişəm. Bu mənim üçün bilirsiniz nədir? Mənim üçün böyük şansdır. İlk müğənnilərdən biri mən olmuşam. Rəşid müəllimlə yeni tanış olmuşdum, 2 ay keçmədi ki, Yuqoslaviyaya qastrol səfərimiz baş tutdu. Bu mənim üçün tarixi hadisədir. Allah onun ruhunu şad etsin, qəni-qəni rəhmət etsin”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi bildirib.
Ruhəngiz Musəvidən bir müddət əvvəl Dövlət Mahnı Teatrında Rəşid Behbudovun anıma gününə və xatirə otağının açılışına niyə dəvət almamasını da xəbər aldıq. O bu haqda saytımıza açıqlama verdi:
“Rəşid müəllimin ailə üzvləri ilə heç vaxt əlaqəm olmayıb. Heç onları həyatda görməmişəm də. Anım gününə də yəqin ona görə dəvət almamışam. Onun ailəsinə, qızı Rəşid xanıma can sağlığı arzulayıram”, - deyə sənətkar bildirib.