232
13:33, Bu gün

"Barselona" azərbaycanlı qolkiperini icarəyə yolladı - FOTO

İspaniyanın "Barselona" futbol klubunun B komandasının şərəfini qoruyan istedadlı azərbaycanlı qapıçı Eldar Tağızadə karyerasında yeni səhifə açaraq icarəyə yollanıb.
 
Moderator.az xəbər verir ki, 22 yaşlı qolkiper mövsümün qalan hissəsini Sloveniya çempionatında keçirəcək və "Kety Bistrica" klubunun uğurları üçün çalışacaq.
 
Gənc qapıçı öz seçimini əsaslandırarkən bu ölkənin zəngin qapıçı ənənələrinə diqqət çəkib:
 
"Mən Sloveniyanı seçdim, çünki dünyanın ən yaxşıları arasında olan Samir Handanoviç və Yan Oblak kimi qapıçıları izləyirəm. Mən, həmçinin Sloveniya qapıçı məktəbini çox bəyənirəm. Artıq İspaniya və Fransada oynamışam, fərqli məşq yanaşmalarını bilirəm və burada hələ də inkişaf edə biləcəyimi hiss edirəm. Mən Sloveniyanı bir ölkə və futbol mühiti kimi çox bəyənirəm".
 
Xatırladaq ki, Eldar Tağızadə 2024-cü ildə Kataloniya nəhənginin əvəzedici heyəti olan "Barselona Atletik"ə transfer olunub. Perspektivli qapıçı ilə imzalanmış müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. "Neftçi" futbol məktəbinin yetirməsi olan Eldar bundan əvvəl "Klermon" U-19, "Luqo" və "Tudelano" kimi klublarda təcrübə toplayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər