Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, tanınmış aşıq Ataxan Qurbanov dünən dünyasını dəyişib. Belə ki, o Ataürk mərkəzindəki tədbirdə çıxış edəndən 3 dəqiqə sonra ürək çatışmazlığından vəfat edib.
Moderator.az-a açıqlama verən aşıq Zülfiyyə İbadova bildirib ki, Ataxan aşıq Tellinin qardaşıdır:
“Ataxan çox dəyərli bir oğul idi. Deyib-gülən, həyatdolu bir insan idi. Bu gün dəfn mərasiminə getmişdim. Yazıq Telli elə bir gündə idi ki.. Mənə deyirdi ki, “ay Zülfiyyə, sən bu dərdlərə necə dözürsən?”. Nə yaman ağır imiş bu qardaş dərdi. Vallah adam bilmir belə məqamda nə desin?! Atatürk mərkəzində son ifasını edib və 3 dəqiqə sonra canını tapşırıb. 2-3 gün əvvəl deyib ki, ürəyim ağrıyır. Həkim də deyib ki, gələn həftə gələrsən anju edərik. Yazıq heç gələn həftəyə sağ çıxmadı”.
Aşıq Zülfiyyə bildirib ki, Telli qardaşlarına çox bağlı olub. Ələxsus da Ataxana...
“Ataxan çox yaxşı, savadlı aşıqlardan biri idi. Telli ümumiyyətlə qardaşlarını çox istəyirdi, amma Ataxan onun üçün daha əziz idi. Onunla nəfəs alırdı. Mən iki qardaşını tanıyırdım. 3 qardaşdılar səhv etmirəmsə.. Ataxan ötən il bizim məkanımıza da gəlmişdi. O qədər də məni güldürdü burada.. Mən də o müddətdə Telli ilə danışmırdım. Güman edib ki, yəqin onunla görüşmərəm. Mən gəldim görüşdüm, xoşgəldim etdim. O da dedi ki, “düşündüm görüm Zülfiyyə xanım bizimlə görüşər ya yox?!” Dedim ki, o Telli ilə mənim aramda qalıb. Tellinin qardaşları hər zaman mənim üçün əziz olub, həmçinin əminəm ki, mənim qardaşlarım da Telli üçün çox əzizdir. Bizim aramız dəyəndə Ataxan çox pis olmuşdu. Amma barışanda çox sevindi. Allah məkanını cənnət etsin”, - deyə aşıq bildirib.