“O sosial şəbəkələrə çıxan adam deyil” - bu şəxs həqiqətən də Yaşar Nurinin qardaşıdır? - AÇIQLAMA
1157
08:59, Bu gün

“O sosial şəbəkələrə çıxan adam deyil” - bu şəxs həqiqətən də Yaşar Nurinin qardaşıdır? - AÇIQLAMA

Bugünlərdə sosial şəbəkələrdə özünü görkəmli sənətkar Yaşar Nurinin qardaşı kimi təqdim edən şəxsi yəqin ki, siz də görmüsüz. Yayılan görüntülərdən sənətkara bənzərliyi ilə seçilən şəxs özünü Yaşar Nurinin qardaşı kimi təqdim edib. Onun kimliyi sosial şəbəkə istifadəçiləri ilə yanaşı, sənətkarın ailə üzvləri arasında da sual doğurub.
 
Yaşar Nurinin bacısı Ruhəngiz Axundova Moderator.az-a açıqlama verərək həmin şəxsin onun qardaşı olmadığını bildirib.
“Bunu heç mən də başa düşmədim ki, nə olan şeydir? Mənim bir qardaşım var, o da tamam başqa insandır. Bu insan mənim qardaşım deyil. İki qardaşım olub. Biri Yaşar, biri də başqası. O sosial şəbəkələrə çıxan deyil, yaşlı adamdır. Gör nələrdən istifadə edirlər! Nələr yayırlar. Qardaşımın hazırda 76 yaşı var. Allah bütün qardaşları qorusun. O hər zaman yaxşı vəzifələrdə çalışıb. Bu gün də gedib oturub bağda. Maşallah yaxşıdır. Allah hamının köməyi olsun. Allah Yaşar qardaşıma da rəhmət etsin”, - deyə Ruhəngiz Axundova bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər