Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Zabrat-Məhəmmədi yolunda, Məhəmmədi istiqamətində baş verib.
"AzSamand" markalı avtomobil yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Qarşı istiqamətdən gələn "Kia" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq hadisəyə baxmaq istəyib. Bu zaman arxadan gələn "Toyota" markalı avtomobil "Kia"ya çırpılıb.
Zərbə nəticəsində "Kia" markalı avtomobil qarşıdan gələn digər "Toyota" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində dörd avtomobilə və dayanacağa ciddi ziyan dəyib.
Xəsarət alan olmayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.