Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb - FOTO
117
13:53, Bu gün

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb - FOTO

2026-cı il fevralın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.
 
Qeyd olunub ki, səfər edən nümayəndə heyətinin tərkibində ABŞ-nin 31 müxtəlif şirkətinin rəhbər şəxsləri və təmsilçiləri yer alıblar.
 
Görüş əsnasında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın təsis olunması istiqamətində görülən işlər, iki ölkə arasında enerji, ticarət, logistika və nəqliyyat sahələri, o cümlədən Tramp marşrutu kimi regional bağlantılar müzakirə edilib. Həmçinin bir sıra vacib sahələrə iqtisadi sərmayələrin yatırılması, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti, gələcək planlar və ABŞ-nin özəl sektoru ilə əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
 
Keçən il avqustun 8-də baş tutan Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə qeyd olunan istiqamətlər üzrə aparılan fərdi ikitərəfli danışıqlar və təmaslar yüksək qiymətləndirilib. Vurğulanıb ki, imzalanması nəzərdə tutulan Xartiya münasibətlərin inkişafına əlavə impuls verəcək.
 
Bununla yanaşı, tərəflər Azərbaycanın regional enerji təhlükəsizliyindəki mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının vacibliyi, Orta Dəhliz çərçivəsində ticarət marşrutlarının şaxələndirilməsi məsələlərinə toxunublar. Eyni zamanda, ölkəmizdə mövcud olan əlverişli biznes və investisiya mühiti, yeni əməkdaşlıqların qurulması imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Link kopyalandı!
Son xəbərlər