Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, gömrük xidməti mayoru Şamil Həsənli Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, idarə rəisi təyin edilən Ş.Həsənli Vətən müharibəsi iştirakçısıdır.
O, Bakı Dövlət Universitetini bitirib. Milli Ordu sıralarında zabit kimi xidmət edib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb.
Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.