Emil Xəlilova vəzifə verildi - FOTO
204
10:54, Bu gün

Emil Xəlilova vəzifə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.

Moderator.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı dövlət agentliyinin sədri Elnur Bağırov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Emil Vahid oğlu Xəlilov təyin olunub.

Qeyd edək, E.Xəlilov 1985-ci ildə anadan olub.

Fotoda Emil Xəlilov

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.

2023-2024-cü illərdə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Madrid Texniki Universiteti və Milan Texniki Universiteti tərəfindən dəstəklənən "Dövlət xidmətləri üçün süni intellekt" (AI4GOV) magistr proqramının iştirakçısı olub.

Əmək fəaliyyətinə 2007-ci ildə bank sahəsində hüquqşünas olaraq başlayıb. 2008-2020-ci illərdə ölkənin müxtəlif banklarında baş hüquqşünas, şöbə müdiri və departament direktoru vəzifələrini icra edib.

2020-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

2022-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2023-2024-cü illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2024-cü ildən cari təyinatadək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnnovasiya və Təchizat Mərkəzinin Hüquq, İnsan resursları və Sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı var.

Link kopyalandı!
Son xəbərlər