“Trendyol”un Qış Olimpiya Oyunları üçün hazırladığı Olimpiya geyim kolleksiyası satışa çıxarılıb
133
16:16, Bu gün

“Trendyol”un Qış Olimpiya Oyunları üçün hazırladığı Olimpiya geyim kolleksiyası satışa çıxarılıb

“Trendyol” tərəfindən dizayn edilən və istehsal olunan yeni Olimpiya geyim kolleksiyası “Milan–Kortina 2026” Qış Olimpiya Oyunları ərəfəsində satışa çıxarılıb.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi lisenziyası əsasında hazırlanan “Olimpiya Kolleksiyası” dünyanın müxtəlif ölkələrində yaşayan istehlakçılar üçün nəzərdə tutulub və aktuallığını uzunmüddətli perspektivdə qoruyan kolleksiya kimi təqdim olunur.

Məhdud sayda buraxılan kolleksiya müasir dizayn elementlərini Olimpiya ruhundan ilhamlanan ikonik detallarla birləşdirir. Kolleksiyaya “zip-up” gödəkçələr və kapüşonlu sviterlər, qadın və kişi idman şalvarları, taytlar, suyadavamlı gödəkçələr, eləcə də balaklavalar daxildir. Rahatlıq və funksionallıq əsas götürülməklə dizayn edilən geyimlər gündəlik istifadə üçün uyğunlaşdırılıb.

Qeyd olunur ki, məhsullar Türkiyənin yerli istehsalçıları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və “Trendyol”un beynəlxalq bazarlar üçün nəzərdə tutulmuş kolleksiyalar yaratmaq sahəsindəki təcrübəsini əks etdirir. Kolleksiya “Trendyol” platformasında satışa çıxarılmaqla yanaşı, 2026-cı ildə İtaliyanın Milan şəhərində fəaliyyət göstərəcək rəsmi Olimpiya mağazalarında, həmçinin İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində də təqdim olunacaq.

“Trendyol”un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil bildirib ki, iki ildir davam edən Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq şirkətin yerli istehsalçılarla beynəlxalq bazarlar arasında körpü rolunu gücləndirir. Onun sözlərinə görə, Trendyol tərəfindən dizayn edilərək istehsal olunan Olimpiya Kolleksiyasının “Milan–Kortina 2026” Qış Olimpiya Oyunları ərəfəsində beynəlxalq platformalar vasitəsilə istifadəçilərə təqdim edilməsi şirkət üçün mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, beynəlxalq onlayn ticarət platforması olan “Trendyol” Paris 2024 Yay Olimpiya Oyunlarından etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Şirkət Paris 2024 Olimpiya Oyunları zamanı da idmansevərlərə öz Olimpiya Kolleksiyasını təqdim edib.

BOK-un Qlobal Lisenziyalaşdırma Proqramı çərçivəsində imzalanmış müqavilə Olimpiya brendinin təkcə Oyunlar dövründə deyil, oyunlararası mərhələlərdə də rəsmi məhsullar vasitəsilə tanıdılmasını hədəfləyir. Bu proqram çərçivəsində gənc və aktiv auditoriyaya yönəlmiş geyim, aksesuar, suvenir, fan məhsulları, dəftərxana ləvazimatları və idman avadanlıqları təqdim olunur. Proqrama həmçinin qarşıdakı Olimpiya və Paralimpiya oyunları üçün hazırlanacaq kolleksiyalar, eləcə də əvvəlki

oyunlardan ilhamlanan Olimpiya İrs Kolleksiyası daxildir.

Link kopyalandı!
Son xəbərlər