Oğlunun evini təmizləyərkən tank əleyhinə raket tapdı - FOTO
245
12:45, Bu gün

Oğlunun evini təmizləyərkən tank əleyhinə raket tapdı - FOTO

Praqa sakini evdə təmizlik işləri apararkən tank əleyhinə idarəolunan raket tapıb.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın sözügedən silahı oğlunun evində alış-veriş çantasının içində aşkarlayıb.
 
O, raketi polis bölməsinə aparıb və hadisə ilə bağlı onlara məlumat verib. Polis bölməyə bomba zərərsizləşdirmə mütəxəssisi çağırıb və bu zaman bina sakinləri təxliyə edilib. Raket zərərsizləşdirilib.  
Link kopyalandı!
Son xəbərlər