“Yollarda quyular əmələ gəlib, avtobusla gedəndə iç orqanlarımız yerindən çıxır” - FOTO+ÖZƏL
330
09:47, Bu gün

“Yollarda quyular əmələ gəlib, avtobusla gedəndə iç orqanlarımız yerindən çıxır” - FOTO+ÖZƏL

“Ramana qəsəbəsi, “Gülçülük” deyilən ərazi, dəqiq desək 166 nömrəli avtobusun axırında yollar çox pis vəziyyətdədir. Demək olar ki, uşaqları dərsə apara bilmirik. Avtobus da rahat gedib-gələ bilmir. Tez-tez yollarda kiçik quyular əmələ gəlir. Avtobusda yaxud maşında gedəndə demək olar ki, iç orqanlarımız az qalır yerindən çıxsın. Vəziyyət çox bərbaddır. 6-7 avtobus işləyir, yollara görə gecikmələr olur. Körpə uşaqlarla yollarda qalırıq”.
 
Bunu Moderator.az-a açıqlamasında Ramana sakinləri bildiriblər. 
 
Dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq hələ də yolların aqibəti sual altındadır:
 
“Gülçülük” ərazisi adlanır. Güldən-çiçəkdən əsər-əlamət belə yoxdur. Vallah qapıdan çölə çıxa bilmirik. Uşaqları mağazaya göndərəndə yanında gedirik ki, bataqlığa düşməsinlər. Dərdimizi kimə deyək? Heç kim maraqlanmır, dərdimizi dinləmir. Ucqar kəndlərdə belə yollar asfaltdır, amma Bakıda hələ də yollardan əziyyət çəkirik”, - deyə digər sakin şikayət edək.
 
Mövzunu davam etdirəcəyik...
Link kopyalandı!
Son xəbərlər