Şəmkir rayonunda 69 yaşlı qadının öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə rayonun Xuluf kəndində qeydə alınıb.
Öldürülən 1957-ci il təvəllüdlü Solmaz Mahmudova tək yaşayıb. Qadının həyat yoldaşı Süleyman Həsənov Xuluf kəndinin icra nümayəndəsi vəzifəsində çalışıb. O, 2022-ci ildə vəfat edib. Ailənin isə övladı olmayıb.
Hadisəni törətməkdə təqsirli bilinən və saxlanılan 1996-cı il təvəllüdlü Arzu Həmidli eyni kəndin sakinidir və qonşuluqda yaşayıb. Öldürən S.Mahmudova təqaüdçü olub.
Hazırda istintaq tədbirləri davam edir. Cinayətin nə məqsədlə törədildiyi araşdırılır.
Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında baş verən cinayət hadisəsi ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.