Azarkeşlərin transfer fəallığı gözlədiyi "Qarabağ"ın danışıq apardığı futbolçulardan biri məlum olub.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Fransanın "Loryen" klubunun hücumçusu Sambou Soumanı transfer etmək üçün danışıqlar aparır.

Danışıqların uğurla davam etdiyi bildirilir.
Xatırladaq ki, "Qarabağ" S.Soumanı transfer etmək üçün ötən ilin sonlarında da fəallıq göstərsə də, Fransa təmsilçisi ilə ortaq razılığa gələ bilməmişdi. Belə ki, "Loryen" transfer üçün nəzərdə tutulan məbləği 5 milyon avrodan 3.5 milyona endirsə də, Ağdam klubu təklifini 2.5 milyon avro və bonuslarla məhdudlaşdıraraq danışıqlardan geri çəkilmişdi.
Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə "Loryen"ə keçib. O, bundan sonra üç dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın "Eupen" klubunda icarə əsasında çıxış edib.
Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri "Rodez" və "Keviyi Ruan"da oynayıb. 2024-cü ildə isə məxsus olduğu "Loryen"ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də üç görüşdə bir dəfə fərqlənib. O, 2-ci turda "Renn"in qapısına yol tapa bilib.