501
14:36, Bu gün

"Vaxt daralır": Tramp Ukrayna üzrə sülhü sürətləndirmək istəyir, amma əsas düyünlər açılmır" - "Reuters"

 
"ABŞ mart-yay qrafiki təklif edir, Donbas və Zaporojye AES danışıqları dalana dirəyir..."
 
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqları "çox yaxşı" adlandırıb və ehtiyatlı nikbinlik nümayiş etdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "reuters.com" agentliyi məlumat yayıb.
 
Trampın siqnalı və Vaşinqtonun tələskənliyi
 
"Bu gün Rusiya və Ukrayna ilə bağlı çox yaxşı danışıqlar oldu. Ola bilsin ki, nəsə baş versin", - Tramp jurnalistlərə bildirib. "Reuters"-in mənbələrinə görə, Vaşinqton əvvəlcə mart ayına qədər sülh razılaşmasına nail olmağı hədəfləyib.
 
Lakin Donbasın statusu və Zaporojye AES üzərində nəzarət bu planı real olmayan ssenariyə çevirib. ABŞ tərəfi eyni zamanda may ayında referendum və seçkilər ideyasını da müzakirə edib.
 
Əbu-Dabi danışıqları: siyasi nəticə yoxdur
"The New York Times" yazır ki, Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlar konkret siyasi irəliləyiş gətirməyib. Rəsmi açıqlamalarda "konstruktiv dialoq" vurğulansa da, əsas nəticə əsirlərin mübadiləsi olub.
 
Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Rusiyanın prosesi uzatdığını bildirib: "Bu, Rusiyanın ənənəvi davranışıdır. “Biz hər şeyə hazırıq”, deyirlər, amma ardınca “amma, amma, amma…” başlayır".
 
Zelenski: yayadək müharibəni bitirmək təklifi var
 
Prezident Vladimir Zelenski açıqlayıb ki, ABŞ müharibənin bu yayadək başa çatdırılması ideyasını irəli sürüb. Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən görüşlərdə atəşkəsin monitorinq mexanizmləri də müzakirə olunub və ABŞ bu prosesdə iştirakını təsdiqləyib.
"Energetika üzrə deeskalasiya təşəbbüsünü dəstəklədik, Rusiya isə hələ cavab verməyib", - Zelenski bildirib. Prezident vurğulayıb ki, Ukraynanın "qırmızı xətləri" dəyişməzdir və Kiyev olmadan heç bir razılaşma müzakirə oluna bilməz.
 
Əsas maneələr dəyişməz qalır
 
"Reuters"-in mənbələrinə görə, sülh yolundakı əsas problem Donbasın gələcəyi ilə bağlı razılaşmanın olmamasıdır. Rusiya bütün Donetsk vilayətinə nəzarət tələb edir, Kiyev isə bunu qəbuledilməz sayır. Moskva eyni zamanda Zaporojye AES-in beynəlxalq nəzarətə verilməsi təklifini də rədd edir.
 
Digər çətin məsələ müharibə şəraitində seçkilər və referendumdur. Ukrayna bildirir ki, təhlükəsizlik zəmanətləri olmadan heç bir siyasi proses mümkün deyil. Mənbələrə görə, Vaşinqtonun tələskənliyi Trampın ABŞ daxili siyasi gündəmi və yaxınlaşan Konqres seçkiləri ilə bağlıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər