Bizi sosial şəbəkələrdən izləyin:
Britaniyalı məşhur repçi Central Cee İslamı qəbul etdiyini açıqlayıb.
Onun sosial şəbəkələrdə paylaşdığı açıqlama qısa müddətdə böyük maraq doğurub.
Central Cee canlı yayım zamanı müsəlman olduğunu açıqlayıb.
“Kəlmeyi-Şəhadət oxudum, yeni adım var, indi müsəlmanam”, - o bildirib.
İzləyicilər repçiyə yeni ad da təklif ediblər. Şərhlərdə ən çox qeyd edilən ad “Yusif” olub.
Bəzi izləyicilər Central Cee-nin rəsmi olaraq yeni ad seçib-seçmədiyi ilə maraqlandıqlarını bildirərək, bu mövzuda əlavə açıqlama gözlədiklərini qeyd ediblər.
Central Cee yeni adı ilə bağlı rəsmi təsdiq və ya əlavə məlumat verməyib . /Qafqazinfo/