Bizi sosial şəbəkələrdən izləyin:
Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan 4 nəfər saxlanılıb.
Moderator.az xəbər verir ki, T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan yararsız at əti aşkarlanıb.
Saxlanılan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli at ətini mal əti adı altında Bakıda satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.