Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) İstanbulda İsrailin "Mossad" kəşfiyyat qurumunun planlarına qarşı əməliyyat keçirib.
Moderator.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat zamanı "Mossad" üçün Türkiyədə casusluq fəaliyyəti apardıqları müəyyən edilən iki nəfər saxlanılıb.
İstanbul Baş Prokurorluğu və İstanbul Vilayət Polis İdarəsinin Terrorla Mübarizə İdarəsinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat zamanı "Mossad"a casusluqda şübhəli bilinən mərmər taciri Mehmet Budak Derya və onun əlbir olduğu Veysel Kerimoğlu nəzarət altına alınıblar.
Təhlükəsizlik mənbələrindən əldə edilən informasiyaya görə, dağ-mədən mühəndisi olan və Mersinin Silifke rayonunda karxanası işlədən Mehmet Budak Derya 2005-ci ildən başlayaraq həyata keçirdiyi beynəlxalq ticarət fəaliyyəti ilə "Mossad"ın nəzərini cəlb edib.
2012-ci ilin sentyabr ayında İsrailin törəmə şirkətinin rəsmisi olan "Alik Ahmed Yassin" kod adlı şəxs Dərya ilə görüşüb. 2013-cü ilin yanvar ayında işbirliyi vədi ilə Avropaya dəvət edilən Derya burada ilk dəfə "Mossad" nümayəndələri ilə görüşüb.
"Mossad"ın direktivlərinə uyğun olaraq Mehmet Budak Derya Fələstin əsilli Türkiyə vətəndaşı Veysel Kerimoğlunu işə götürüb. O da öz növbəsində Yaxın Şərq şəbəkəsindən istifadə edərək İsrail əleyhinə olan fələstinli şəxslər haqqında məlumat toplayıb. İnformasiyalar birbaşa İsrail kəşfiyyatına ötürülüb. Kerimoğlunun maaşı və əməliyyat xərcləri birbaşa "Mossad" tərəfindən ödənilib.