Bizi sosial şəbəkələrdən izləyin:
İran hakimiyyəti ölkədə etiraz aksiyaları zamanı həlak olanları şəhid kimi tanıyıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani məlumat verib.
Məlumata görə, silahsız etirazçılar və ya hadisələr zamanı təsadüfən ərazidən keçərkən həlak olanlar da şəhid hesab ediləcəklər.
"Biz, həmçinin silahsız olan etirazçıları və ya yoldan keçərkən həyatını itirənləri də şəhid kimi təsnif etmişik", - deyə o vurğulayıb.