İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb - FOTO
239
15:20, Bu gün

İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb - FOTO

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfərindən silsilə materiallar yayıb.
 
Moderator.az xəbər verir ki, Gürcüstanda Azərbaycan dilində nəşr olunan yeganə dövlət qəzeti olan “Gürcüstan” qəzetində, 1tv.ge, “qafqazturk.com”, “radiotavisupleba.ge” portallarında, “1.tv” televiziya kanalında Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimiində iştirakı, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlərdən silsilə informasiyalar yayıblar.
 
Materialların əksəriyyəti AZƏRTAC-a istinadla verilib.
Link kopyalandı!
Son xəbərlər