Goranboyda uçan binanın layihəsi hazırdır - Tender elan olunacaq
Cəmiyyət
385
12:40, Bu gün

Goranboyda uçan binanın layihəsi hazırdır - Tender elan olunacaq

Ötən ilin noyabrında naməlum səbəbdən bir bloku uçan 5 mərtəbəli, 60 mənzilli  binanın layihəsi hazırdır.
 
Bu barərə Moderator.az-a rayon Fövqaladə Hallar Komissiyasından məlumat verilib.
 
Qeyd olunub ki, binanın sökülərək yenidən inşa olunması üçün tender elan olunacaq. Qəzalı binadan çıxarılan sakinlərin kirayə haqları 14 ay öncədən verilib. 
 
Məlumat üçün bildirək ki, evakuasiya olunan sakinlərin sayı 200 nəfərdən çoxdur.
Link kopyalandı!
Son xəbərlər