ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib - FOTO
257
12:30, Bu gün

ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib - FOTO

ABŞ-nin "AECOM" mühəndis-konsaltinq şirkətinin komandası ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından TRIPP ("Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu") layihəsi üzrə ərazi araşdırmalarına başlamaq məqsədilə Ermənistana səfər edib.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində açıqlanıb.
 
Qeyd edilib ki, nəzərdə tutulan işlər texniki-iqtisadi əsaslandırma, dəmiryolu və digər infrastrukturun tikintisi üzrə təkliflərin hazırlanmasını əhatə edəcək:
 
"Bu, Ermənistanın uzunmüddətli iqtisadi artımına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verəcək".
Link kopyalandı!
Son xəbərlər