“Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı - FOTOLAR
235
12:00, Bu gün

“Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.
 
Agentlikdən Moderator.az-a verilən məlumata görə, baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
 
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri  barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Link kopyalandı!
Son xəbərlər