Xəstə yatağında olan xalq artisti kişi həmkarına barışıq əli uzatdı, qadın həmkarına isə söz atdı: “Şəfiqə olmasa ondan yaxşıdır” - FOTO+ÖZƏL
727
11:30, Bu gün

Xəstə yatağında olan xalq artisti kişi həmkarına barışıq əli uzatdı, qadın həmkarına isə söz atdı: “Şəfiqə olmasa ondan yaxşıdır” - FOTO+ÖZƏL

“Hazırda xəstəxanada müalicə alıram. Bir az şərikli xəstəliklərdir, biri-birinə problem yaradırlar. Bir az da müalicəyə gecikmişəm, yığılıb üst-üstə. İndi müalicələr gedir. Ya qismət, necə olacaqsa bilmirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra əlavə edib:
 
“Mədəniyyət nazirindən tutmuş aşağı vəzifədə olan inanlara qədər yanıma gəlib, hal-əhval tutublar. Bütün kino işçiləri yanımdadır. Əslində mənə görüşmək çox olmaz, amma gələn insanlara necə deyəsən ki, gəlmə?! Sağ olsunlar! Hamısından razıyam. Kinoittifaqdakı şəxslərdən başqa hamı gəlir. Mən həmişə hamının işinə yaramışam, xeyir də vermişəm. Yeri gələndə müdafiə də etmişəm”.
 
Əbdül Mahmudbəyov bir neçə gün öncə kinoittifaqın sədri Rasim Balayevin onu ziyarət etmədiyini bildirərək, gileylənmişdi. Sənətkar bildirib ki, həmkarının xəstə olduğundan xəbərsiz olub:
“Kinoittifaqda bu gün məndən yaşlı üzv yoxdur. Amma bir dəfə də zəng edib xəbər bilməyiblər. Heç zəng edib maraqlanmırlar da. Bir neçə gün öncə Rasim Balayevdən incidiyimi dilə gətirmişdim. Həqiqətən bilmirdim ki, o da xəstəlikdən əziyyət çəkir. Qohumlarım gəlmişdi, onlar dedilər ki, Rasim Balayev xəstəxanadadır. İncimişdim, amma məsələnin nə yerdə olduğunu biləndən sonra təəssüfləndim. Allah ona da şəfa versin, inşallah tezliklə yaxşı olar. Amma ittifaq təkcə Rasim Balayevdən ibarət deyil ki. Yaxşı o xəstədir, orada başqa adamlar yoxdur?! Şəfiqə xanım var. Şəfiqə xanım heç bilmirəm var ya yoxdur?! Olmasa ondan yaxşıdır!”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər