Polis mayoru redaktor təyin edildi - FOTO
144
10:00, Bu gün

Polis mayoru redaktor təyin edildi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan "Polis" qəzetinə yeni redaktor (baş redaktor statuslu) təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, polis mayoru Anar Qafarov "Polis" qəzetinin redaktoru vəzifəsinə təyinat alıb.  
 
O, daha öncə DİN-in Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, "Polis" qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov bir müddət əvvəl vəzifəsindən ayrılıb. /Yenisabah.az/
Link kopyalandı!
Son xəbərlər