Böyükşora kanalizasiya suları axıdılır? - Rəsmi
178
14:50, Bu gün

Böyükşora kanalizasiya suları axıdılır? - Rəsmi

“Böyükşor gölündən fevralın 2-də götürülmüş su nümunələrinin analiz nəticələrinə görə, yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiq edilmir. Belə ki, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir”​.
 
Moderator.az xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb. 
 
Bildirilib ki, göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir:
 
“Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri-aktiv formada olmasına səbəb olur. Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilə təmasının artması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olan fiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni ani çirklənmə hadisəsi deyil”.
Link kopyalandı!
Son xəbərlər