133
13:36, Bu gün

"Fənərbağça" Kanteyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi - FOTO

"Fənərbağça" klubunun prezidenti Sadettin Saran Nqolo Kantenin transferinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan bu transferin reallaşması üçün xüsusi dəstək göstərib:
 
"Klubumuz dünya futbolunun önəmli futbolçularından olan Nqolo Kantenin transferini uğurla tamamlayıb.
 
Həm "Fənərbağça", həm də Türkiyə futbolunun inkişafına töhfə verəcək bu prosesin müsbət nəticələnməsini təmin etməkdə göstərdiyi əhəmiyyətli dəstəyə görə özümün və klubumun adından Prezidentimiz Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm".
Link kopyalandı!
Son xəbərlər