189
13:13, Bu gün

"Zirə" futbolçusunu I Liqa klubuna göndərdi - FOTO

​"Zirə"nin futbolçusu Əkbər Eyubov Azərbaycan I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
20 yaşlı mərkəz müdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. O, yeni komandasında 33 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.
Link kopyalandı!
Son xəbərlər