Bizi sosial şəbəkələrdən izləyin:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub.
Moderator.az xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Mərkəzin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
T.Salıfova 2024-cü ilin avqust ayından Mərkəzin icraçı direktorunun müşaviri vəzifəsində çalışırdı.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıdır.