
-Bu qədər enerji ehtiyatlarını nəzarətdə saxlamaqda məqsəd nədir?
- ABŞ özünün əsas geosiyası rəqibi olan Çini sabit neft təchizatından məhrum etmək niyyətindədir. Bunun üçün də İranın nüvə silahına sahib olması və digər mövzularla bağlı məsələlər gündəmə gətirilirdi. Amma sübuta yetirildi ki, bunlar əsassızdır. Ötən ilin yayında 12 günlük müharibədə İranın nüvə obyektlərinin bombalandığı da açıqlanmışdı.
- Hazırda İrandan edilən əsas tələblər sırasına nələr əlavə edilib?
- Tələblərdən biri odur ki, rəsmi Tehran raket proqramlarından və bölgədəki müttəfiq təşkilatlara dəstəkdən imtina etsin və s. Soruşmaq lazımdır ki, nə baş verib, nə xəbərdir? Nə üçün İran müstəqil dövlət olaraq ABŞ-nin tələbələrini yerinə yetirməlidir? Bu nəyin hesabına olmalıdır? Ötən ilin yayındakı 12 günlük müharibənin sonunda İsrail ABŞ-yə yalvarırdı ki, “müharibəni saxla, mənim axırım çatır”. Yəni, belə bir şəraitdə ABŞ öz strateji məqsədinə çatmaq üçün İranı vurmaq istəyir.

- Hərbi müdaxilənin nəticəsi necə olacaq?
- Amerika istəyir ki, bütün müsəlman dövlətləri Fələstini müdafiə etməkdən əl çəksin. Bu məsələdə əsas müqavimət mərkəzi İrandır və onun sıradan çıxarmaq üçün hərbi müdaxiləyə də əl atılacağını istisna etmirlər. Bununla da İran neytralaşmış olacaq.
- Baş verənlərin İranda mümkün hakimiyyət dəyişikliyinə səbəb olmaq ehtimalı varmı?
- Əsas məqsədlərdən biri də odur ki, İranda molla rejimini devirib, onun yerinə Rza Pəhləvi kimi bir nökəri gətirib otuzdursunlar. Bununla da İranın neft sənayesinə nəzarəti asanlıqla əllərində saxlamaq niyyətləri var.

- İranın bu təhdidlərə qarşı reaksiyası nədən ibarətdir?
- Tehran baş verəcək istənilən müdaxilə fonunda Fars körfəzini, Hörmüz boğazını nəzarətə alacağını deyir. Bundan sonra dünya bazarında neftin qiymətinin fantastik dərəcədə qalxacağı isə şübhəsizdir.
- ABŞ İrana hərbi müdaxilə edərsə, bu region üçün hansı dəyişikliklərə gətirib çıxara bilər?
- ABŞ İranda özünə tabe olmayan qrupu devirib, onun əvəzinə özünə loyal bir hakimiyyət formalaşdırmaq istəyir. Eyni zamanda İran böyük dövlət olmamalıdır, parçalanmalıdır tezisi də irəli sürülüb. Onun yerində kiçik etnik dövlətlər yaranmalıdır deyə iddialar da səslənir. Bu isə bölgədə geosiyasi vəziyyəti tamamilə dəyişəcək.