Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda iki prokurora baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və onlara "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin əmri ilə hərbi prokurorun keçmiş müavinləri - Şəfahət İmranov Abşeron rayon prokuroru, Fuad Məmmədov isə Tərtər rayon prokuroru vəzifəsinə təyin ediliblər.