234
15:52, Bu gün

"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib - FOTO

Azərbaycan I Liqa təmsilçisi "Şimal" klubu "Şəki Siti"dən 26 yaşlı hücumçu Elşad Əliyevi transfer edib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, 26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, E.Əliyev karyerası ərzində yetirməsi olduğu "Araz-Naxçıvan", "Sumqayıt-2", "Zaqatala" və "Cəbrayıl"da da oynayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər