Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO
295
15:48, Bu gün

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə VAZ-2106 nəqliyyat vasitəsinin sürücüsü Ramil Əliyev saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, yoxlama zamanı həmin şəxsin hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.
 
Müayinə zamanı R.Əliyevin narkotik maddə qəbul etdiyi müəyyən olunub. Əlavə olaraq həmin şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan marixuana da aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər