Tailandda dəhşətli qətl: Rusiyalı iş adamının cəsədi parçalanaraq beş yerdə basdırılıb
253
08:38, Bu gün

Tailandda dəhşətli qətl: Rusiyalı iş adamının cəsədi parçalanaraq beş yerdə basdırılıb

Tailandda Rusiya vətəndaşı Mixail Yemelyanov qətlə yetirilib, cəsədi isə hissələrə parçalanıb.
 
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
 
Məlumata görə, Yemelyanov iki il əvvəl Rusiyanın Sankt-Peterburq şəhərindən Tailandın Pattaya şəhərinə köçüb. Onun Pattayada kannabis satışı ilə məşğul olan mağazası olub. Bu ilin yanvar ayının əvvəlində Yemelyanov itkin düşüb.
 
İtkin düşən şəxsin anasının sözlərinə görə, oğlu Rusiyadan olan iki kişi ilə müəyyən sövdələşməni müzakirə etmək üçün görüşməyə hazırlaşırmış. Yemelyanov həmin şəxslərin davranışlarını hədələyici kimi qiymətləndirib və təhlükə hiss etdiyini bildirib. O, anasına öz geolokasiyasını da göndərib.
 
Daha sonra Yemelyanov Bangkok şəhərinə getdiyini bildirən son mesajını yazıb. Həmin vaxtdan sonra ondan heç bir xəbər alınmayıb. "Telegram" kanalının məlumatına görə, kişi öldürülüb, cəsədi isə hissələrə parçalanaraq Soy Phatthanakan gölü yaxınlığında beş müxtəlif yerdə basdırılıb.
 
Qeyd edilir ki, qətlin motivi borc məsələsi ola bilər. Belə ki, Yemelyanovdan 120 min dollar tələb olunduğu bildirilir. Faktla bağlı bir nəfər saxlanılıb. Polis hadisədə iştirak etmiş digər şəxslərin axtarışını davam etdirir. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər