​
257
01 Feb 2026 | 21:38

​"Qarabağ"ın oyunçusu qayıtdı - FOTO

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən "Qarabağ" - "Çelsi" (2:2) matçında ağır zədə alan Kadi Borges meydanlara qayıdıb.
 
Moderator.az xəbər verir ki, o, bu gün "Turan Tovuz"a qarşı keçirilən matçın 84-cü dəqiqəsində Leandro Andradenin yerinə meydana girib.
 
Belə ki, braziliyalı vinger 3 ay sonra oyuna çıxıb.
 
Qeyd edək ki, hazırda davam edən "Qarabağ" - "Turan Tovuz" matçında meydan sahibləri 1:0 hesablı üstünlüyə malikdir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər